Almaniyada koronavirusla bağlı həyəcan təbili

17 Noyabr 2020 12:19 (UTC+04:00)

Almaniyanın Baş naziri Angela Merkel vətəndaşlara xəbərdarlıq edib.

AzNews.az xəbər verir ki, o, yeni tip koronavirusla mübarizədə sosial təmasın azadılması barədə çağırış ünvanlayıb.

Merkel əyalət rəhbərləri ilə videoformatda keçirdiyi iclasda virusun yayılmasının qarşısını almaq üçün təmaslara son verilməsinin vacibliyini vurğulayıb:

“Baş tutmayan hər təmas yaxşıdır. Bu səbəbdən bir daha açıq şəkildə xəbərdarlıq edirik. Özəl şənlik, məclislərdən uzaq durun. Gələn dəfəki iclasda 30 noyabrda bitən sərt karantin rejiminin yenidən tətbiqi barədə müzakirə aparacağıq. Bundan əlavə, FFP2 tipli maskalar ehtiyacı olanlara ödənişsiz paylanılacaq”.

Qeyd edək ki, ölkədə son 24 saatda 10 min 715 nəfərdə virus aşkarlanıb, 123 vətəndaş həyatını itirib.