Heroin satan qadın yaxalandı

18 Noyabr 2020 13:45 (UTC+04:00)

Bakıda narkotik alveri ilə məşğul olan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən P.İsayeva Yasamal rayonu ərazisində saxlanılıb.

Axtarış zamanı ondan 8,5 qramdan artıq heroin aşkar edilib. Davam edilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 635 qramdan artıq heroin, 23 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.