Rusiya XİN Türk qoşunlarının Azərbaycana göndərilməsi haqqında qərara münasibət bildirib

18 Noyabr 2020 16:00 (UTC+04:00)

Türkiyənin öz hərbçilərini Azərbaycana göndərməsi Ankaranın suveren qərarıdır.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Türkiyə parlamentinin qoşunların Azərbaycana göndərilməsi haqqında qərarı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Qarabağla bağlı üçtərəfli bəyanata təsir edir?” sualına rusiyalı diplomat belə cavab verib: “Xeyr. Bu onun suveren qərarıdır, hansı ki, görünür türkiyəli hərbçilərin sülhməramlı mərkəzdə rusiyalı hərbçilərlə birgə iştirakı ilə bağlıdır. Rusiya və Türkiyə hərbçiləri birlikdə razılaşmanın həyata keçirilməsi ilə bağlı vəziyyətin texniki müşahidəsi ilə məşğul olacaqlar”.