Moskvada koronavirusdan 73 nəfər ölüb

19 Noyabr 2020 10:00 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb.

AzNews.az-ın məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 082 nəfərə çatıb.