Belarus Azərbaycana yeni səfir təyin edib

19 Noyabr 2020 17:05 (UTC+04:00)

Belarus Azərbaycana yeni səfir təyin edib.

AzNews.az xəbər verir ki, dövlət başçısı Aleksandr Lukaşenko Andrey Ravkovu Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Qeyd edək ki, Belarusun Azərbaycandakı hazırkı səfiri Gennadi Axramoviç bu vəzifədə 2015-ci ildən bəri çalışıb.