Çavuşoğlu britaniyalı həmkarı ilə Qarabağdan danışdı

19 Noyabr 2020 20:08 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Böyük britaniyalı həmkarı Dominiko Raabla telefon danışığı olub.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Çavuşoğlu ilə Raabla Dağlıq Qarabağ məsələsini müzakirə edib.

Müzakirələr zamanı Kipr, Liviya məsələlərinə də toxunulub.