İsrailin gizli planı deşifrə edildi

6 İyun 2013 22:10 (UTC+04:00)
ABŞ hökuməti İsraillə bağlı hazırlanan layihəni səhvən deşirfə edib.


Onlar İsraildə həyata keçirməyi planlaşdırdıqları "Top Secret" adlı mərmi baza ilə əlaqədar gizli məlumatları səhvən internetdə yayıblar. İsrailin hərbi səlahiyyətliləri isə gizli planlarının ortaya çıxdığı üçün olduqca narahatdır.

Bütün detalları ilə birgə internətdə nümayiş edilən bu layihənin dəyəri 25 milyon dollardır. Məlumat üçün bildirək ki, səhvən yayılan görüntülərdə indiyə qədər gizli saxlanılan layihənin harada ediləcəyi, nə vaxta hazır olacağı və bütün texniki detalları açıqlanıb. Layihənin sosial mediada paylaşılmasından sonra, İsrail höküməti onlara verilən sualları cavablandırmaqdan yayınıb, belə bir layihənin varlığını təkzib etməyə çalışıblar.

Xəyalə
AzNews.az