Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olub

20 Noyabr 2020 08:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Bu barədə AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.