Aysel Alim Qasımovla birgə erməni terrorundan oxudu

20 Noyabr 2020 16:15 (UTC+04:00)

“Eurovision" təmsilçimiz Aysel Məmmədova yeni ifasını təqdim edib. Mahnı erməni terrorunun qurbanı olan uşaqların xatirəsinə həsr olunub.

AzNews.az xəbər verir ki, "Yat rahat" adlı mahnı erməni terrorunun qurbanı olan uşaqların xatirəsinə həsr olunub. A.Məmmədova mahnını Xalq artisti Alim Qasımov ilə birgə səsləndirib.

Mahnının musiqisi və sözləri müğəninin özünə məxsusdur.

Səidə

AzNews.az