Ərdoğan gecə saat 3-də Bakıya səsləndi

7 İyun 2013 07:02 (UTC+04:00)


Türkiyədə baş verən olaylara baxmayaraq ölkəni tərk edib xarici səfərə yola düşən baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün gecə ölkəsinə qayıdıb. Baş naziri hava limanında minlərlə tərəfdarı qarşılayıb.

Bu gün gecə 01.40 –da Atatürk hava limanına enən baş nazir ölkədə bir ilkə imza atıb. Gecə saat 3-də mitinqdə tərəfdarları qarşısında çıxış edən ilk baş nazir olan Ərdoğan Azərbaycanı da unutmayıb.

Təkcə Türkiyəyə səslənmədiyini deyən baş nazir çıxışına "Bu anda İstanbuldan İstanbulun qardaşı olan Saraybosnanı, Bakını, Bağdadı, Dəməşqi, Qazzəni, Məkkə və Mədinəni salamlayıram" deyib.

Xüsusilə gənclərə müraciət edən baş nazir onları təmkinli davranmağa, aldanmamağa çağırıb.


Elnarə
AzNews.az