Goranboyda avtomobil yanıb

20 Noyabr 2020 15:45 (UTC+04:00)

Goranboyda minik avtomobil yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb. Belə ki, “UAZ” markalı minik avtomobilinin mühərrik hissəsi və kabinəsinin üzlüyü qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.