Gürcüstanda matəm elan olunub

7 İyun 2013 07:36 (UTC+04:00)


Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəyə və həlak olanların ailələrinə başsağlığı verib.

Matəmlə əlaqədar iyunun 7-də ölkədə dövlət bayraqlarının hamısı aşağı endiriləcək.

Xatırladaq ki, iyunun 6-da Əfqanıstanın Hilmənd əyalətində terrorçu-kamikadze gürcü hərbi kontingentinin bazasında partladıcı quraşdırılmış yük maşınını işə salıb. Nəticədə 6 hərbçi həlak olub, 9 əsgər yaralanıb.

AzNews.az