Rusiyalı heyət Azərbaycana və Ermənistana səfər edəcək

20 Noyabr 2020 19:11 (UTC+04:00)

Rusiyanın qurumlararası nümayəndə heyəti yaxın günlərdə Yerevana və Bakıya səfər edəcək.

AzNews.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Moskvanın Dağlıq Qarabağla bağlı Bakı və Yerevanla təmaslarının bütün səviyyələrdə davam etdiyini bildirmişdi.