Türkiyədə koronavirusa yoluxma 5 mini keçdi

20 Noyabr 2020 21:43 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 141 nəfər dünyasını dəyişib, 5103 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 12084-ə, yoluxanların sayı isə 435 273-ə çatıb. Ağır xəstələrin sayı 3 990 nəfər təşkil edir.

Ümumilikdə 16 milyondan çox insan test olunub.