Azərbaycanda istehlak bazarı 8 % kiçilib

21 Noyabr 2020 12:08 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 37,8 milyard manat təşkil edib.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % azdır.

Son 1 ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı məhsulların və göstərdiyi xidmətlərin dəyəri 7,3 % azalaraq 36,5 milyard manata bərabər olub, onun 50,5 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 379,3 manat və yaxud illik müqayisədə 23 manat az vəsait xərcləyib.