Gürcüstandakı yoluxmada yeni rekord

21 Noyabr 2020 14:05 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında yeni bir rekord yaşanıb.

AzNews.az xəbər verir ki, son 24 saatda 3 824 nəfərdə “COVID-19” aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 100 min 684-ə çatıb.

Ölkədə xəstəlikdən bir gündə 33 nəfər vəfat edib. Bununla da ölüm sayı 927-yə çatıb.

Son sutkada 3 851 nəfər sağalıb.