ABŞ höküməti internetdə məlumatların izləndiyini etiraf etdi

7 İyun 2013 07:48 (UTC+04:00)
Politico qəzeti cümə axşamı axşam bildirib ki, ABŞ hakimiyyəti kommunikasiyaları izləmə proqramının mövcudluğunu etiraf edir və bildirir ki, bu terrorizmlə mübarizə aparmaqda köməklik edir.

"Bu proqram çərçivəsində toplanmış məlumat - biz yığdığımız ən əhəmiyyətli və qiymətli kəşfiyyat məlumatları arasındadır və o, bizim millətimizi geniş təhdid spektrindən qorumaq üçün istifadə olunur", - yüksək vəzifəli mənbə bildirib.

Bundan əvvəl Guardian və Washington Post qəzetləri yazıblar ki, ABŞ-ın Milli təhlükəsizlik agentliyi və Federal Təhqiqatlar Bürosu aparıcı internet-şirkətlərin mərkəzi serverlərinə birbaşa daxil olmağa malikdir - Microsoft, Yahoo, Google, Facebook, PalTalk, AOL, Skype, YouTube, Apple.

İnternet-şirkətlər bunu inkar edirlər.//trend//

AzNews.az