Rusiyanın qurumlararası nümayəndə heyəti Azərbaycana gəldi

21 Noyabr 2020 17:29 (UTC+04:00)

Rusiyanın qurumlararası nümayəndə heyəti Azərbaycana gəlib.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, səhiyyə naziri Mixail Muraşko, Baş nazirin müavini Aleksey Overçuk və “Rospotrebnadzor”un rəhbəri Anna Popova daxildirlər.

Daha əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu Bakıya gəlib. O, Prezident İlham Əliyevlə görüş keçirib.