Türkiyədə COVID-19-a rekord yoluxma

21 Noyabr 2020 21:23 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə - 5 532 nəfər artıb.

AzNews.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Daha əvvəlki rekord aprelin 11-də qeydə alınmışdı (5 138 yoluxma halı)

Son 24 saat ərzində 135 nəfər COVID-19-un qurbanı olub.

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 12 219-a, yoluxanların sayı isə 440 805-ə çatıb. Ağır xəstələrin sayı 4 121 nəfər təşkil edir.