ABŞ-da rekord göstərici

21 Noyabr 2020 22:27 (UTC+04:00)

ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı rekord həddə – 195 542 nəfər artıb.

AzNews.az bildirir ki, bu barədə “CNN” telekompaniyası Con Hopkins Universitetinə istinadən xəbər verib.

Son 24 saat ərzində 1 878 nəfər COVID-19-un qurbanı olub.

Universitetin məlumatına əsasən, ölkədə 11,91 milyondan çox insan koronavirusa yoluxub, 254 451 xəstə bu virusdan dünyasını dəyişib.