Bəzi ərəb ölkələri İsraillə sülh sazişi imzalayacaqlar

22 Noyabr 2020 20:08 (UTC+04:00)

Ərəb ölkələrinin bəziləri İsraillə sülh sazişi bağlayacaqlar.

AzNews.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo "Al-Arabiya" telekanalına müsahibəsində deyib.

"İsraillə sülh razılaşmasına qoşulacaq ərəb ölkələri var", - Pompeo bildirib.

O, əlavə edib ki, ABŞ regionda sülhə nail olunması üzrə səylərini davam etdirəcək.