Terror aktı planlaşdıran PKK terrorçuları məhv edildi

22 Noyabr 2020 22:48 (UTC+04:00)

Türkiyə hərbçiləri İraqın şimalında iki, Suriyanın şimalında isə daha dörd terrorçunu zərərsizləşdirib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb:

"Terror aktı planlaşdıran iki PKK terrorçusu İraqın şimalındakı Avaşin ərazisində zərərsizləşdirilib. "Barış pınarı" əməliyyatının keçirilməsinin zonasına girməyə çalışan YPG-nin dörd silahlısı zərərsizləşdirilib".