Sərbəst güləşçilərimiz koronavirusa yoluxdu

22 Noyabr 2020 23:43 (UTC+04:00)

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının bir neçə üzvü koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilir ki, cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb.