"Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir"

23 Noyabr 2020 11:15 (UTC+04:00)

Biabırçı kapitulyasiyadan sonra bizə heç kim hörmət etmir.

Erməni KİV-lərinin yaydığı məlumata görə, bunu Ermənistanın müxalif "Respublika" partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bu sənəddən sonra bütün dünyanın Ermənistana yazığı gəlir: “Biz ayağa qalxa bilərik, amma bunun üçün ilk addım hazırkı xuntanı aradan qaldırmaqdır. Əks halda biz geosiyasi appendisitə çevriləcəyik”.

AzNews.az