Diktator mətbuatın dostu oldu – ölümündən sonra

7 İyun 2013 08:45 (UTC+04:00)
Venesuelanın keçmiş prezidenti Hüqo Çaves ölümündən sonra jurnalistika sahəsində milli mükafat verilib.

"Associated Press"in məlumatına görə, mükafatı təsis edən fond mətbuatın dostu hesab etdiyi Çavesi KİV-də yalana qarşı mübarizə apardığına görə təltif edib.

Ancaq Çavesə mükafat verilməsi birmənalı qarşılanmayıb. Hələ sağlığında mətbuat azadlığını boğmaqda ittiham edilən Venesuelanın keçmiş rəhbərinə jurnalistika sahəsində mükafat verilməsi mətbuata təhqir kimi qiymətləndirilib.

Ancaq mükafatı təsis edən fond hökumət tərəfdarı olan jurnalist və akademiklərin təmsil olunması mükafatın mahiyyəti barədə danışmağa əsas verib.

Qeyd edək ki, Çaves 14 il Venesuelaya rəhbərlik edib. O, bu ilin martında xəstəlikdən vəfat edib.

Elnarə
AzNews.az