Rusiyada koronavirusa yoluxma rekordu qeydə alındı

23 Noyabr 2020 12:30 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 2,11 milyon nəfəri keçib.

Məlumata görə, ölkədə son sutka ərzində 25 173 nəfər virusa yoluxub, 361 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 114 502 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 36 540 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 611 445 nəfər virusdan sağalıb, 466 517 nəfərin müalicəsi isə davam edir.

AzNews.az