Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib

23 Noyabr 2020 12:45 (UTC+04:00)

İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanına gizli səfər edib.

Məlumata görə, bu barədə İsrail KİV-ləri bildirib.

Səfər zamanı naziri Mossadın rəhbəri Yossi Koen müşayiət edib. B.Netanyahunun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanla görüşdüyü deyilir.

İsrail baş nazirinin administrasiyası xəbərə rəsmi münasibət bildirməyib.

AzNews.az