Bu xidmət azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

23 Noyabr 2020 13:30 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.