Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz edir - VİDEO

23 Noyabr 2020 14:45 (UTC+04:00)

Yerevanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında Qarabağ müharibəsində itkin düşmüş əsgərlərin yaxınları etiraz aksiyası keçirir.

Erməni KİV-lərinin yaydığı məlumata görə, etirazçılar sabiq müdafiə naziri David Tonoyanla görüş və onun suallara cavab verməsini tələb edirlər.

Bundan başqa, itkin düşənlərin yaxınları Gümrü şəhərində aksiya keçirir.