Bu xəstəxanaya yeni direktor təyin olunub

23 Noyabr 2020 17:30 (UTC+04:00)

Ağsu rayonunda kadr dəyişikliyi baş verib.

AzNews.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, əmrə əsasən, Əli Abbas oğlu Hüseynov Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.

Qeyd edək ki, Ə.Hüseynov bundan əvvəl həmin xəstəxanada direktor müavini vəzifəsində çalışırdı.