Ermənistanda daha bir nazir işdən çıxarıldı

23 Noyabr 2020 20:57 (UTC+04:00)

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad olunub.

AzNews.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu haqda prezident Armen Sarkisyan fərman imzalayıb. Araikin yerinə 58 yaşlı Vaqram Dumanyan nazir təyin olunub.

Qeyd edək ki, Arutyunyan son bir həftə ərzində vəzifəsindən gedən beşinci nazirdir.