Bu ölkədə koronavirusa yoluxanların sayı 377 minə çatıb

23 Noyabr 2020 22:58 (UTC+04:00)

Son gün ərzində Pakistanda COVID-19-a 2 min 756 nəfər yoluxub. Pandemiya dövründə yoluxanların ümumi sayı 376 min 929 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, son sutkada COVID-19-dan 29 xəstə ölüb, dünyasını dəyişənlərin sayı 7 min 696 nəfər təşkil edib.

Bildirilir ki, xəstəxanalarda 38 min 348 pasiyent var, onların 1677-nün vəziyyəti kritikdir.

Qeyd olunur ki, pandemiya vaxtı 330 min 348 xəstə sağalıb.