“İşgəncə verdiyimizi qəbul edirik“- Nazir

7 İyun 2013 08:56 (UTC+04:00)



İngiltərə mətbuatının açıqlamasına görə, İngiltərənin xarici işlər naziri Villiam Hague parlamentdə etdiyi çıxışda, 5 min 228 Keniyalıya cəmi 20 milyon Sterlinq məbləğində (adam başı təxminən 3 min 800 Sterlinq düşür) təzminat ödənəcəyini açıqlayıb.

Nazir "İngilis hökuməti olaraq, Keniyalılara işgəncə verdiyimizi və pis rəftar etdiyimizi qəbul edirik və bundan kədərlənirik".- deyib

Müzakirələrdə iştirak edən Keniyalı vəkil Martyn Day İngilis hökumətinin Keniyada etdiyi işgəncələri ictimaiyyət qarşısında açıqca etiraf etməsini "cəssur bir davranış" olaraq qiymətləndirib.

Xatırladaq ki, 2011-ci ildə üç yaşlı Keniyalı, 1952-60 illəri arasında Mau- Mau qəbiləsinin İngilis müstəmləkəçiləri tərəfindən işgəncəyə məruz qalmalarını əsas götürərək, İngiltərə xarici işlər nazirliyinə qarşı iddia qaldırmışdı.

Şikayətçi Jane Muthoni Mara adlı sakinin nəzarətə götürüldükdən sonra polis tərəfindən zorlandığını, Paulo Muoka Nzili adlı sakinin xədim edildiyini, Vambuga Va Nyingin isə dəfələrlə döyüldüyünü iddia etmişdi.

Elman
AzNews.az