ABŞ hərbçiləri Rusiya sərhədini pozdu – GƏRGİNLİK

24 Noyabr 2020 13:27 (UTC+04:00)

ABŞ-a məxsus “Con Makkeyn” esminets gəmisi Rusiya ilə sərhədi pozub.

AzNews.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gəmi sərhəd xəttini 2 kilometr pozub.

Rusiyanın “Admiral Vinoqradov” gəmisi ABŞ tərəfinə xəbərdarlıq edərək geri çəkilməyəcəyi təqdirdə atəş açacağı ilə bağlı xəbərdarlıq edib. Yalnız bu xəbərdarlıqdan sonar “Con Makkeyn” gəmisi ərazini tərk edib.