Qazaxıstanda ölüm hökmü ləğv olunur

24 Noyabr 2020 13:39 (UTC+04:00)

Qazaxıstanda ölüm hökmünün ləğvi ilə bağlı hüquqi prosedurlara başlanılıb.

AzNews.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, parlamentin aşağı palatası artıq qanun layihəsi üzərində işləməyə başlayıb.

Ölüm hökmünün ləğvi ilə bağlı BMT-nin protokolunu imzalayan və beynəlxalq pakta qoşulan Qazaxıstanda sözügedən qanun layihəsinin 2021-ci ilin iyun ayına qədər hazırlanması nəzərdə tutulub.