Eksternat imtahanlarının vaxtı bəlli olub

24 Noyabr 2020 14:49 (UTC+04:00)

Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları 28 dekabr 2020-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

AzNews.az xəbər verir ki, əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu isə dekabrın 18-dək davam edəcək.

Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri eksternat.senedqebulu@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.