"Galatasaray" klubu şəhidimizlə bağlı paylaşım edib

24 Noyabr 2020 17:30 (UTC+04:00)

Türkiyənin "Galatasaray" klubu İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunovla bağlı paylaşım edib.

AzNews.az xəbər verir ki, İstanbul təmsilçisi rəsmi "Instagram" hesabında bunları yazıb:

"Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə "Galatasaray" bayrağıda asın" deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. "Galatasaray"lılıq ölməz".