Əfqanıstanda partlayış - 17 ölü, 50-dən çox yaralı

24 Noyabr 2020 21:54 (UTC+04:00)

Əfqanıstanın Bamiyan şəhərində iki maqnit bombasının partlaması nəticəsində azı 17 nəfər dünyasını dəyişib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 50-dən çox şəxsin yaralandığı bildirilir. Belə ki, hadisə şəhər bazarında baş verib. Partlayışın olduğu əraziyə yaxın yerdə otel yerləşir.

İnsidentə görə məsuliyyəti hər hansı qruplaşma üzərinə götürməyib.