Co Bayden seçkilərin bitdiyini elan etdi

24 Noyabr 2020 22:27 (UTC+04:00)

ABŞ-da prezident seçkiləri başa çatıb.

AzNews.az xəbər verir ki, bu barədə qeyri-rəsmi nəticələrə əsasən Demokratlar Partiyasından prezident seçilmiş Co Bayden öz tvitter hesabında paylaşım edib.

Bayden seçimlərin bitdiyini və mənasız danışıqları bir kənara qoyub, birləşməyin lazım olduğunu deyib.

Qeyd edək ki, hələ bir müddət əvvəl Co Bayden qələbəsini elan etsə də, Respublikaçılar Partiyasından namizəd və hazırkı Prezident Donald Tramp isə “Seçkilər hələ bitməyib” demişdi.