Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

24 Noyabr 2020 23:27 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı baş tutub.

AzNews.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ölkə liderləri Türkiyə-Rusiya arasında ticarət həcminin artırılması, eləcə də Dağlıq Qarabağ və Suriya, Liviya mövzuları başda olmaqla regional məsələləri müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Rusiya ilə birlikdə qurulacaq Ortaq Mərkəzin ən qısa zamanda fəaliyyətə başlayacağına ümid etdiyini bildirib.