Kəlbəcər həqiqi sahiblərinə qayıtdı - Türkiyə hökuməti

25 Noyabr 2020 10:30 (UTC+04:00)

Kəlbəcər həqiqi sahiblərinə qayıtdı və bu, qardaş Azərbaycan xalqının tarixində vacib hadisədir.

AzNews.az xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindən deyiblər.

Qeyd olunub ki, işğal olunmuş digər ərazilər kimi Kəlbəcərin də qayıtması Türkiyə üçün də bayramdır:

“Azərbaycan xalqını Kəlbəcər rayonunun qayıtması münasibəti ilə təbrik edirik və Laçın rayonunun qayıtmasını səbrsizliklə gözləyirik”.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonu erməni işğalından azad olunub.