Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq

25 Noyabr 2020 10:45 (UTC+04:00)

Kəlbəcər rayonunun qayıtması təkcə Azərbaycanın qələbəsi deyil, həm də vacib və əlamətdar hadisədir. Bu, həm də tarixi ədalətin zəfəridir.

Bunu rusiyalı politoloq Tatyana Poloskova deyib.

O vurğulayıb ki, bu rayonda heç vaxt erməni əhali olmayıb: “Sonuncu sovet siyahıyaalmasına görə, rayon əhalisinin 99 faizi azərbaycanlılar idi”.

Politoloq bildirib ki, ermənilər bu ərazini tərk edərkən, evləri, məktəbləri, digər binaları yandırır, ağacları kəsirdi:

“Bu, vandallıqdır və gəlmə insanların davranışıdır”.

Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub (Trend)

AzNews.az