Erməni deputat mandatından imtina etdi

25 Noyabr 2020 15:15 (UTC+04:00)

Ermənistanlı deputat Varazdat Karapetyan mandatından imtina edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, o, Ermənistanın Çində ticarət nümayəndəsi olacaq.

“Bu gün mən deputat mandatından imtina ərizəsini yazmışam. Dekabrın 4-dən Ermənistanın Çində ticarət nümayəndəsi vəzifəsini yerinə yetirməyə başlayacağam”, - V.Karapetyan bildirib.

Qeyd edək ki, Varazdat Karapetyan baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından deputat olub.