BDU-nun dekanı vəfat edib

25 Noyabr 2020 17:00 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov vəfat edib.

AzNews.az xəbər verir ki, o, 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məhəmmədəli Ramazanov 1958-ci il oktyabrın 31-də Qərbi Azərbaycanın Spitak rayonunun Qursalı kəndində zəhmətkeş ailəsində anadan olub.

2012-ci ildən BDU-nun Fizika fakültəsinin dekanı idi.