Maradonanın ölümünə görə Argentinada matəm elan olundu

25 Noyabr 2020 23:26 (UTC+04:00)

Argentina hökuməti futbol üzrə ölkə millisinin sabiq oyunçusu, futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.

AzNews.az xəbər verir ki, bu barədə Argentina prezidenti administrasiyasının yaydığı məlumatda deyilir. Bildirilir ki, matəm bu gündən başlanacaq.

Qeyd edək ki, Maradona bu gün 60 yaşında ürəktutmadan dünyasını dəyişib.