Almaniyada karantin rejimi uzadıldı

26 Noyabr 2020 10:08 (UTC+04:00)

Almaniyada karantin rejimi bu ilin sonunadək uzadılıb.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel 16 federal torpaq başçısı ilə danışıqların yekunlarına dair bildirib.

“Oktyabrın 28-də qəbul edilmiş tədbirlər qüvvədə qalmaqda davam edir. Hələ ki, dekabrın 20-dək”, - o deyib.

“Ancaq biz razılaşırıq ki, yüksək yoluxma sayı səbəbindən bunu yanvar ayının əvvəlinə qədər də saxlamalı olacağıq”, - deyə Merkel əlavə edib.

Onun sözlərinə görə, Milad bayramı tətilində yumşalma etmək nəzərdə tutulur.