“Qarabağ” “Sivasspor”a qarşı

26 Noyabr 2020 11:06 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirəcək.

AzNews.az xəbər verir ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşacaq.

“Qarabağ” məlum səbəblərdən ev oyununu yenə İstanbulda keçirəcək. İlk üç qarşılaşmada uduzan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qorumaq üçün qalib gəlməlidir. Hətta heç-heçə də təmsilçimizin qrupdan çıxmaq şansını minimuma endirəcək.

Qeyd edək ki, qrupun digər oyununda İsrail “Makkabi”si (Təl-Əviv) İspaniya “Vilyarreal”ını qəbul edəcək.

Avropa Liqası
İ qrupu
26 noyabr

21:55. “Qarabağ” - “Sivasspor”
Baş hakim: Yakob Kehlet (Danimarka).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

Vilyarreal – 9, Makkabi – 6, Sivasspor – 3, Qarabağ – 0.