Azərbaycan manatının effektiv məzənnələri artıb

26 Noyabr 2020 11:18 (UTC+04:00)

Bu ilin noyabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,9 bənd təşkil edib.

AzNews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 4,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,9 bənd çoxdur.

Oktyabrın sonuna milli valyutanın real effektiv məzənnəsi isə 103,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 bənd, ilin əvvəlinə nisbətən 4,1 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,9 bənd çoxdur.