“Məni yaşamağa qoymadın“ - İntihar məktubu

7 İyun 2013 10:05 (UTC+04:00)
Bu gecə Bakının Binəqədi rayonunda tələbə özünü öldürüb.


Rayon Prokurorluğundan verilən məlumata görə, 21 yaşlı Mirnemət Mirtağı oğlu Kazımov özünü Sulutəpə qəsəbəsində kirayə qaldığı binanın 17-ci mərtəbəsindən atıb. Mirnemət Kazımov İdman Akademiyasının 4-cü kurs tələbəsidir. Verilən məlumata görə, tələbə sürəkli həyatından şikayət edirmiş.

Tələbənin ölümü ilə bağlı yeni məlumata əsasən,onun özünü öldürməsinə səbəb sevgi olub. Belə ki, tələbə oğlan sevdiyi qıza olan məhəbbətini özünü ona fəda etməklə sübut edib.Ölümündən əvvəl sevdiyi qıza yazdığı məktub istintaqçıların əlinə keçib. Onun özünü atdığı eyvanda gənc bir qızın fotosu tapılıb. Fotonun arxasında "Hər şey sənə görədir. Məni yaşamağa qoymadın" məzmunlu sözlər yazılıb. Görünür, məktubu mərhum tələbə yazıb və sonradan özünü aşağı atıb. Ona görə də gənc tələbənin özünü öldürməsinə sevgisinin səbəb olduğu ehtimal olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.//milli.az//

AzNews.az