Azərbaycanda son sutkada 3705 nəfər koronavirusa yoluxub

26 Noyabr 2020 17:30 (UTC+04:00)

Azərbaycanda koronavirus infeksiyasına daha 3 705 yoluxma faktı qeydə alınıb, 1 609 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 106 101... nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib, aktiv xəstə sayı 36 273 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 178, ötən müddət ərzində isə ümumilikdə 1 665 832 test aparılıb.